"ASG Helicopter Services"in 15 illik yubileyi - Helikopter ənənələrinin davamı - FOTO
Zabrat aeroportunun ilk helikopter eskadrilyasının yaranma tarixi ötən yüzilliyin 60-cı illərinə gedib çıxır. Həmin vaxtdan Azərbaycanda dayanıqlı və inkişaf edən, yerli peşəkar kadrların hazırlığına və ən müasir hava gəmilərinin istismarına fokuslanmış kiçik aviasiya sahəsi formalaşıb. İllər boyu ölkənin unudulmaz Lideri Heydər Əliyevin, sonra isə hazırki Prezidenti İlham Əliyevin birbaşa dəstəyindən yararlanaraq, Respublikanın hava parkının köhnəlmiş modelləri "Airbus", "Sikorsky", "Leonardo Helikopters" kimi Qərb aviasiya nəhənglərinin ən müasir məhsulları ilə əvəz olundu.
Bu il Azərbaycan və Xəzər regionunun kiçik aviasiya lideri "ASG Helicopter Services" MMC-nin düz 15 illiyi tamam oldu. Bu gün şirkət "Sikorsky S-92A", "Leonardo Helicopters AW139", "AW109SP", "MI 8 AMT", "Airbus Helicopters AS-332L1" hava gəmilərində müxtəlif növ uçuşlar həyata keçirir, eləcə də "Cessna 172S" kiçik təyyarələrinin texniki qulluğu və təmirini həyata keçirir. Şirkət mövcud olduğu müddət ərzində helikopter xidmətləri bazarında tanınıb, uğurla rebrendinqdən keçib, şirkətin texniki heyəti həm yerli, həm də beynəlxalq "EASA Part-145" tənzimləyiciləri tərəfindən və digər beynəlxalq sertifikatlarla sertifikasiya olunub, Avropanın "AgustaWestland" helikopterlərinin istehsalçısı "Leonardo" şirkəti tərəfindən "AW" tipli hava gəmiləri üçün "Sertifikasiya olunmuş Servis Mərkəzi" olaraq tanınıb. Şirkətin personalı təlimlərdən keçib və hər il beynəlxalq təlim mərkəzlərində öz bilik və bacarıqlarını yeniləyir və aviasiya sahəsində yüksək ixtisasa malikdir.
Şirkət Xəzər regionunda kiçik aviasiya ilə daşımalar sahəsində lider mövqe tutur Əsas fəaliyyət növünü Xəzər dənizi akvatoriyasında karbohidrogen hasil edən neft nəhənglərinə aviasiya xidmətlərinin göstərilməsi təşkil edir.
Bu növ aviasiya xidmətləri həqiqətən unikal hesab edilir. Təcili hallarda pilotlar helikopterləri üzən platforma və gəmilərə yerləşdirməli olurlar ki, bu da yüksək səviyyədə pilotçuluq və bu növ uçuşların keçirilməsi üzrə böyük təcrübə tələb edir. Böyük qürur hissi ilə demək olar ki, şirkətin pilotlarının təqribən hamısı bu cür peşəkar keyfiyyətlərə malikdir. Şirkətin pilotları "Formula 1" yarışlarının havadan çəkilişlərini təmin etmək üçün Bakı şəhəri üzərindən uçuşlar həyata keçirdilər ki, bu da şəhər mühitində pilotluq etməyin mürəkkəb elementlərindən biridir.
Gələcəkdə "ASG Helicopter Services" bütün Xəzəryanı region və Cənubi Qafqaz regionunda tam spektrə malik aviasiya xidmətləri göstərməklə fəaliyyətinin genişləndirilməsini hədəfləyir. Potensial Afrika və Cənub-Şərqi Asiya, eləcə də Yaxın Şərq bazarları nəzərdən keçirilir.
Yaxın perspektivdə uçuşların təhlükəsizliyinə dair beynəlxalq tələblərin daima yüksəlməsini nəzərə alaraq bir sıra modellərin yeni tip hava gəmiləri ilə əvəz olunması planlaşdırılır.