"Aşk-ı Memnu"nun aktyorları illər sonra - FOTO
"Aşk-ı Memnu" serialında birgə rol alan aktyor Selçuk Yöntemlə aktrisa Hazal Kaya yenidən bir araya gəlib.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, aktyor görüşdə lentə alınan fotonu sosisal media hesabında izləyiciləri ilə bölüşüb.
O, şəklə "Hər görüşümüz sanki ilk çəkiliş günüdür" deyə, yazıb. İzləyicilər fotonu illər əvvəl lentə alınan kadra bənzədiblər.
Qeyd edək ki, "Aşk-ı Memnu" 2008-2010-ci illər ərzində yayımlanan məşhur seriallardandır. Ekran işində Selcuk "Adnan Ziyagil", Hazal isə "Nihal" obrazlarına həyat verib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun