Astana görüşünün DETALLARI - Azərbaycan Orta Dəhlizin açarıdır - VİDEO

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında Azərbaycanın əsas məqsədi türk xalqları arasında birliyin, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, qeyri-müəyyənlik fonunda ölkəmizin həmkarları ilə birlikdə əlaqələri gücləndirməkdir.

meqale.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.

O qeyd edib ki, məsələlərdən biri də Orta Dəhlizin genişləndirilməsi idi.

"Azərbaycan bura uzunmüddətli investisiyalar qoyub. Bunlar gələcəyə hesablanan yatırımlardır. Azərbaycan artıq bu istiqamətdə bir düzərgah olub. Bir çox ölkələr Orta Dəhliz məsləsində maraqlıdırlar", - deyə o, bildirib.