Astanada dolu təyyarələri sıradan çıxardı: reyslər təxirə düşdü
Yerli vaxtla saat 14:10-a olan məlumata görə, Astana hava limanında 9 gəliş və 6 uçuş reysi təxirə salınıb. Ləğv edilmiş uçuşlar yoxdur.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Astanada pisləşən hava şəraiti ilə əlaqədar "Air Astana" aviaşirkətinin 4 təyyarəsi dolu vurması səbəbindən sıradan çıxıb və bu, sonrakı uçuşların zəncirvari ləngiməsinə səbəb olub.
Hazırda Mülki Aviasiya Komitəsinin, Aviasiya Nəqliyyatı Prokurorluğunun və Qazaxıstan Aviasiya Administrasiyasının əməkdaşları uçuşların gecikmələri ilə bağlı vəziyyətə nəzarət etmək və əməliyyat tədbirləri görmək üçün Astana hava limanındadırlar.
Onların birgə məlumatında deyilir: "Aviaşirkətin əməkdaşları iş başındadır və sərnişinləri Qazaxıstan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün lazımi məlumat və xidmətlərlə təmin edirlər.