"Atam məni qucaqladı və dedi ki..."

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atası ilə bağlı xatirəsini izləyiciləri ilə bölüşüb.

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atası ilə bağlı xatirəsini izləyiciləri ilə bölüşüb.

meqale.com xəbər verir ki, o, uşaq yaşlarında atasının rol aldığı tamaşada öldürüldüyünü gördükdən sonra çox sarsıldığını qeyd edib: 

"Bir dəfə uşaq vaxtı atamın tamaşasına gedib baxmışdım və sonda obraz olaraq onu öldürürdülər. Mənim 7-8 yaşım olardı, çox sarsılmışdım, hönkür-hönkür ağlamışdım. Atam məni qucaqladı və dedi ki, "Dəlisən? Aktyorlar ölmür ki...". O sözə nədənsə çox inanmışdım və müəyyən yaşa qədər elə bilirdim. Amma o vaxt anlamamışdım ki, o sözü cismən demir! İki gündür yaman çox darıxıram...". /Axşam.az