"Atatürk"lə bağlı açıqlaması izləyiciləri qəzəbləndirdi

Xəbər verdiyimiz kimi,  "Disney+" "Atatürk" filimini yayımlamamaq qərarı alıb.

Xəbər verdiyimiz kimi,  "Disney+" "Atatürk" filimini yayımlamamaq qərarı alıb.

meqale.com axşam.az-a istinadən bildirir ki, buna münasibət bildirmək üçün sual ünvanlananlardan biri də türkiyəli aktrisa Hilal Altınbilek olub. O, "Bu mövzulara girməyim. Çox da başa düşmədim. Heç bu barədə danışmayım" deyə, söyləyib.

Hilalın bu açıqlaması sosial media izləyicilərinin qəzəbinə səbəb olub. Onun ünvanına "Bütün məşhurlar eyni şeyi deyir", "Hansı sənətçilərin adını yad etməməli olduğumuzu öyrəndik. Onlardan biri də Hilaldır", "Disney+"la müqavilə bağlayınca mən", "Atatürk sevginizə nə oldu?", "Disney+ hamının Atatürk maskasını düşürtdü" kimi şərhlər yazılıb.