Atatürkün büstü oğurlandı

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün Fransadakı yeganə büstü Parisətrafı məhəllələrin birində naməlum şəxslər tərəfindən oğurlanıb.

Atatürkün büstü oğurlandı
Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün Fransadakı yeganə büstü Parisətrafı məhəllələrin birində naməlum şəxslər tərəfindən oğurlanıb.

meqale.com axar.az-a istinadən bildirir ki, Trabzon Mühacirlər Cəmiyyətinin təşəbbüsü ilə cəmi 3,5 ay əvvəl qoyulmuş büst Epinay-sur-Seine kommunasında naməlum şəxslər tərəfindən oğurlanıb.

Cəmiyyətin rəhbəri Bülənt Cumhur bildirib ki, müşahidə kameraları cinayət əməlinin yeddi iştirakçısını qeydə alıb.

B.Cumur oğurlanmış büstün yerinə tezliklə yenisinin qoyulacağına söz verib.