ATB kartdan karta köçürmələr üçün limit qoyub? - AÇIQLAMA

Debet və kredit kartları vasitəsilə C2C əməliyyatlarının təhlili onu deməyə əsas verir ki, limitin olmaması müştərilər tərəfindən sui-istifadəyə səbəb olur, ona görə də statistik məlumatlar əsasında Azər Türk Bankın mütəxəssisləri tərəfindən müəyyən edilmiş limit müəyyən edilib.

Bu barədə  Trend-in sorğusuna cavab olaraq "Azər Türk Bank"dan məlumat verilib.

"Bankımıza məxsus debet və kredit kartları vasitəsilə C2C əməliyyatlarının təhlili onu deməyə əsas verir ki, bu növ əməliyyatlar üçün kəmiyyət limitinin olmaması bəzi müştərilər tərəfindən sui-istifadə hallarına gətirib çıxarır. Azər Türk Bankın aidiyyəti strukturları tərəfindən bir sıra şübhəli əməliyyatlar təhlil edilmiş, çox sayda vergidən yayınma hallarııın olduğu aşkar olunmuş, eləcə də bir sıra dələdüzluq hallarının qarşısı alınıb. Bunları nəzərə alaraq, bu tip əməliyyatlara xüsusi diqqət ayrılmış, əməliyyatların sayına limit təyin edilib. Təyin olunan limit Bank mütəxəssisləri tərəfindən bu sahədə statistik göstəricilərimizə əsaslanaraq müəyyənləşdirilib", - məlumatda deyilir.

Qeyd edək ki, bank müştərilər bundan sonra limit müəyyən edildiyi üçün gündə 15, ayda 60 dəfə "kartdan karta" köçürmələr həyata keçirə bilərlər.