AVRO-2024: 1/4 final cütləri bəlli oldu
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
1/8 final mərhələsinin son iki oyunundan sonra 1/4 finalda üz-üzə gələcək komandalar dəqiqləşib.
Avropa çempionatı 1/4 final cütləri
İspaniya - Almaniya Portuqaliya - Fransa İngiltərə - İsveçrə Niderland - Türkiyə
Qeyd edək ki, bu raundun qarşılaşmaları 5-6 iyul tarixlərində olacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.