Matçdan sonra toqquşma olub, polis əməkdaşları xəsarət alıb

Argentinanın "Boka Xuniors" və "İndependent" futbol klubları arasında keçirilən oyundan sonra azarkeşlərlə polis arasında toqquşma olub.

Matçdan sonra toqquşma olub, polis əməkdaşları xəsarət alıb
Argentinanın "Boka Xuniors" və "İndependent" futbol klubları arasında keçirilən oyundan sonra azarkeşlərlə polis arasında toqquşma olub.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "Clarin"qəzeti məlumat yayıb.

Hadisədə altı polis əməkdaşı xəsarət alıb.

Rəqibinə 0:2 hesabı ilə uduzan "İndependent"in azarkeşləri aqressiv şəkildə narazılıqlarını ifadə etməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və klub rəhbərliyinin nümayəndələrinə daş atmağa başlayıblar.

Polis rezin güllələrlə cavab verib.

Toqquşmada 11 nəfər saxlanılıb.