AVRO-2024-ün qalibi kim olacaq? - Əsas favoritlər
Gələn il iyunun 4-də futbol üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək.
meqale.com qaynarinfo.az-a xəbər verir ki, bukmeker kontorları turnirin qalibi olmağa əsas namizədləri müəyyənləşdiriblər.
Analitiklər Fransa və İngiltərə yığmalarını turnirdə qələbəyə əsas namizədlər hesab edirlər. Bu komandaların final əmsalı 4,50-dir.
Favoritlər arasında üçüncü yeri turnirin ev sahibi - Almaniya millisi tutur. Almanların qələbəsinə mərclər 7.00 əmsalı ilə qəbul edilir.
Favoritlərin "beşliy"inə İspaniya və Portuqaliya milliləri də düşüb. İspaniyanın qələbə əmsalı 8.00, Portuqaliyanın qələbə əmsalı 9.00-dur.
AVRO-2024 favorit "10-luğ"u: İngiltərə - 4.50 Fransa - 4.50 Almaniya - 7.00 İspaniya - 8.00 Portuqaliya - 9.00 Ətraflı İtaliya - 17.00 Belçika - 17.00 Niderland - 17.00 Danimarka - 33.00 Xorvatiya - 33.00
Turnirin qruplarının tərkibi belədir:
A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya) E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna) F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)