Avropa çempionu müharibədə həlak oldu
2016 və 2017-ci illərdə ağır atletika üzrə 85 kiloqram çəki dərəcəsində Avropa çempionatında qızıl medal qazanan 30 yaşlı idmançı Ukraynanın azadlığı və müstəqilliyi uğrunda canından keçib.
meqale.com lente istinadən bildirir ki, Aleksandr Peleşenko 2022-ci ildə müharibə başlayanda cəbhəyə gedib. Mayın 5-də döyüş tapşırığını yerinə yetirərkən faciəvi şəkildə həlak olub.
İki Avropa titulundan əlavə, Aleksandr 2016-cı il Olimpiya oyunlarının (4-cü yer) və 2015-ci il Dünya çempionatının (4-cü yer) iştirakçısı olub.