Avropa kubokunun üçüncü günündə qaliblər mükafatlandırıldı - FOTO
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kuboku davam edir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, yarışın üçüncü günündə gənclər yaş kateqoriyasında gimnastlar fərdi proqram təsnifatı çərçivəsində komanda hesabında halqa, top, gürzlər və lentlə çıxış ediblər.
Komanda hesabında Bolqarıstan komandası qızıl, İtaliya komandası gümüş, İsrail komandası isə bürünc medal qazanıb.