“Qarabağ”ın hücumçusuna “Böyük beşlik” klubundan təklif gəldi
Millinin və "Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə yeni təklif gəlib.
meqale.com sportinfo-ya istinadla xəbər verir ki, gənc forvard Avropadan yeni dəvət alıb. Ad açıqlanmasa da, bildirilib ki, Axundzadə ilə yaxından maraqlanan komanda "Böyük beşlik" təmsilçisidir.
Ortabab statuslu klubun rəhbərliyi menecerlər vasitəsilə artıq hərəkətə keçib: həm səbəbkarın özüylə, həm də "Qarabağ" tərəfiylə əlaqə saxlayıb.