Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəlib
Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Avropa Media Kubokunda finala yüksəlib.
meqale.com report.az-a istinadən xəbər verir ki, təmsilçilərimiz əvvəlcə yer aldıqları B qrupunu birinci pillədə başa vurublar.
Yığmamız daha sonra yarımfinalda Gürcüstan komandası ilə qarşılaşıb və qələbə (4:2) qazanıb.
Azərbaycanın finaldakı rəqibi Rumıniya yığması olacaq.