Avropanın 5300 illik ən yaşlı mumyası Anadolu mənşəli çıxdı - FOTO

1991-ci ildə Avstriyanın Ötztal Alp dağlarında əriyən buzlaqda tapılan və Avropanın ən yaşlı mumiyası hesab olunan 5300 yaşlı Ötzinin Anadolu mənşəli olduğu ortaya çıxıb.

meqale.com oxuya istinadən bildirir ki, bu barədə Almaniyanın "Max Planck" İnstitutunun saytında dərc olunan press-relizdə bildirilir.

Məlumata görə, İtaliyanın "Eurac" Mumiya Araşdırmaları İnstitutunun və "Max Planck" Təkamül Antropologiya İnstitutunun alimləri Ötzinin genomunu geniş şəkildə təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Bildirilir ki, analizlərin nəticələrinə görə, "buz adamı"nın genomunda, digər avropalılarla müqayisədə Anadoludan gələn ilk əkinçilərin genləri ilə ortaq qeyri-adi yüksək nisbətdə (92 faiz) genlər var. Bu səbəbdən Ötzinin genetik əcdadlarının Anadoludan gəlmiş ola biləcəyi açıqlanıb. Bundan başqa onun dəri rənginin müasirləri avropalılarınkından daha tünd olduğu deyilir.