Avropanın ən dəyərli klubları
Avropanın ən dəyərli klublarının adları açıqlanıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Transfermarkt"ın tərtib etdiyi siyahıya "Mançester Siti" başçılıq edir.
"Şəhərlilər"in dəyəri 1,2 milyard avrodur. Onları "Arsenal" və "Real" izləyir.
İlk "10-luğ"a İtaliyanın heç bir klubu daxil edilməyib. Milan "İnter"i bu reytinqdə 622 milyon avro dəyərində 13-cüdür.
Avropanın ən bahalı 10 klubu:
1. "Mançester Siti" (İngiltərə) - 1,2 milyard avro. 2. "Arsenal" (İngiltərə) - 1,12 milyard avro. 3. "Real" (İspaniya) - 1,04 milyard avro. 4. PSJ (Fransa) - 1,02 milyard avro. 5. "Bavariya" (Almaniya) - 929 milyon avro. 6. "Çelsi" (İngiltərə) - 928 milyon avro. 7. "Liverpul" (İngiltərə) - 921 milyon avro. 8. "Barselona" (İspaniya) - 840 milyon avro. 9. "Tottenhem" (İngiltərə) - 777 milyon avro. 10. "Mançester Yunayted" (İngiltərə) - 734 milyon avro.