Avstraliyada dəhşət - naməlum şəxs 5 nəfəri öldürdü, 9 nəfəri yaraladı - YENİLƏNİB - VİDEO

12:56

Avstraliyada dəhşət - naməlum şəxs 5 nəfəri öldürdü, 9 nəfəri yaraladı - YENİLƏNİB - VİDEO
12:56

Naməlum şəxsin Sidneydəki ticarət mərkəzinə bıçaqla hücumu zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə zamanı 9 nəfərin yaralandığı bildirilib. Onlardan bəzilərinin vəziyyəti kritikdir.

Yerli polisin açıqlamasına görə, o, hələlik motivi bəlli olmayan hadisəni təkbaşına törədib.

Qeyd edək ki, hücum edən şəxs polisin müdaxiləsi ilə zərərsizləşdirilib.

---------- 12:16 Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzində naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 4 nəfər ölüb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə zamanı daha 8 nəfərin yaralandığı bildirilir. Onların arasında azyaşlı uşaq da var.

Həmin şəxs əraziyə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.