Avstriya daxili işlər naziri çıxışında səhv etdi: Onları güllələmək lazımdır!
Avstriya daxili işlər naziri Gerhard Karner mətbuat konfransında çıxışı zamanı yanılaraq ölkədə xilafət yaradılmasının tərəfdarlarını güllələmək lazım olduğunu bildirib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, nazir sonradan səhvini düzəldib.
"Xilafətə çağırış edən istənilən ekstremist və radikal üçün sadəcə iki alternativ var: həbs etmək, yaxud güllələmək... Üzr istəyirəm, səhvimi düzəldim. Həbs etmək, yaxud deportasiya etmək", - deyə o bildirib.