Avtobusla çay dəmlədi - "BakuBus"ın sürücüsündən qəribə hərəkət - VİDEO
"BakuBus" avtobusunun sürücü dünyaca məşhur trendə qoşulub.
meqale.com lente istinadən bildirir ki, sürücülərdən biri 18 metrlik "qarmoşkalı" avtobusu depoda olarkən trendi yerinə yetirib. Belə ki, o, avtobusu geriyə hərəkət etdirərək, stəkana çay paketi salıb.
Qeyd edək ki, bu cür görüntülər sosial şəbəkələrdə çox yayılıb. Həmin görüntülərdə də belə qeyri-adi hərəkətlər xüsusən iri həcmli avtomobillərlə yerinə yetirilib. Bəziləri "BakuBus" sürücüsü kimi stəkana çay paketi salır, bəziləri də alışqanı yandırır.
Görüntləri təqdim edirik:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun