Avtomobil alış-satış saytlarına maraq niyə azalıb? - VİDEO

Avtomobil elan saytlarındakı maşınlara maraq azalıb.

Avtomobil alış-satış saytlarına maraq niyə azalıb? -  VİDEO
Avtomobil elan saytlarındakı maşınlara maraq azalıb.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, əgər avtomobili satmaq və ya almaq istəyənlər bu elanlar vasitəsi ilə daha tez alıqı-satqı edirdisə artıq bu vəziyyət dəyişib.

Belə ki, maşın elanı saytlarında satışa qoyulan avtomobillərə görə gələn zənglər azalıb.

Ekspertlər bildirir ki, bu elan saytlarına marağın azalmasının bir necə səbəbi var. Ən başlıca səbəb isə indi vətəndaşlar xarici elan saytlarından dəfələrlə ucuz rahat maşın ala bilmələridir.

Bir digər səbəb isə yerli elan saytlarımda maşınlarda olan problemlərlə bağlı məqamların az qeyd olunmamasıdır.

Ekspert Eldəniz Cəfərovun sözlərinə görə, ölkə ərazisində avtomobil satışını  artırmaq üçün avtomobillərlə bağlı vahid baza olmalıdır. Bu bazada avtomobillər haqqında  bütün məlumatlar öz əksini tapmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: