Avtomobil "KamAZ"la toqquşdu: Xəsarət alanlar var

Şəmkir rayonunun Seyidlər kəndində yol-nəqliyyat hadisəsi olub.

Avtomobil
Şəmkir rayonunun Seyidlər kəndində yol-nəqliyyat hadisəsi olub.

meqale.com "report"a istinadən bildirir ki, minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.