Avtomobil kanala aşdı - Keçmiş baş həkim öldü - FOTO

Salyan rayonunda ağır yol qəzası baş verib.

Avtomobil kanala aşdı - Keçmiş baş həkim öldü - FOTO
Salyan rayonunda ağır yol qəzası baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırmızıkənd kəndində qeydə alınıb.

Belə ki, Salyan sakini 73 yaşlı Yaşar Kərimov idarə etdiyi minik avtomobilini yaşadığı evin yaxınlığında olan kanala aşırıb.

O, hadisə yerində həyatını itirib.

Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonlararası Psixiatriya xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.