Yeniyetmə məktəbin qarşısında bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
meqale.com xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən orta məktəblərin birinin qarşısında qeydə alınıb.
Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü N.Məmmədov bel nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Yeniyetmənin hansı şəraitdə bıçaq xəsarəti aldığı məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır. /APA