Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər" (Məryəm, 39) ayəsi haqqında belə demişdir: "Qiyamət günü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək. Sonra carçı: "Ey Cənnət əhli!"- deyə çağıracaq. Cənnət əhli başlarını qaldırıb ona tərəf baxacaqlar. Carçı: "Bunu tanıyırsınızmı?"- deyə soruşacaq. Onlar: "Bəli, bu ölümdür!"- deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşdülər. Sonra carçı: "Ey Cəhənnəm əhli!"- deyə səsləyəcək. Cəhənnəm əhli başlarını qaldırıb ona tərəf baxacaqlar. Carçı: "Bunu tanıyırsınızmı?"- deyə soruşacaq. Onlar: "Bəli, bu ölümdür!"- deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşdülər. Bundan sonra ölümün başını kəsəcəklər. Sonra onlara deyiləcək: "Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz! Ey Cəhənnəm əhli, siz də əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz!" Sonra Peyğəmbər: "Onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! Çünki onlar qəflətdədirlər..." ayəsini oxudu və: "Bu dünyanın sakinləri xəbərsizdirlər"- dedi, sonra da davam etdi və: "və iman gətirmirlər"- deyərək ayəni tamamladı." (əl-Buxari, 4730)