Axşam sağlam qida belə təhlükəli ola bilər
Britaniyalı dietoloq, professor Sara Berri axşam saatlarında yeməyin sağlamlıq üçün potensial risklərini açıqlayıb.
meqale.com oxuya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, hətta axşam saat 9-dan sonra qəbul edilən sağlam qəlyanaltılar belə orqanizm üçün mənfi nəticələr doğura bilər.
İdeal olaraq, yemək qəbulunu saat 8-dən gec olmayaraq başa vurmaq lazımdır. Daha gec qəbul edilən qida xolesterin səviyyəsinin və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər ki, bu da ürək-damar xəstəliklərinin riskini artırır.
Əgər qəlyanaltı etmək mütləq vacibdirsə, dietoloq sağlam məhsulları seçməyi məsləhət görür: Məsələn, tort, çips və ya peçenye deyil, qoz və ya digər çərəzlər kimi sağlam alternativlər.