Axtarışda olan 39 nəfər ötən gün saxlanılıb
Dünən axtarışda olan 39 nəfər saxlanılıb.

Meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, borclu şəxs qismində axtarışda olan 26 nəfər də saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.