Axtarışda olan kriminal avtoriteti Hindistana təhvil verəcəyik
Azərbaycan Carkhand ştatında ən çox axtarılan qaçağı, Bakı həbsxanasında saxlanılan, Sunil Mina kimi də tanınan Mayank Sinqhin Hindistana ekstradisiyasını təsdiqləyib.
meqale.com xəbər verir ki, Carkhand polisinin baş direktoru Anuraq Qupta mərkəzi qurumların köməyi ilə onun ekstradisiyası ilə bağlı bütün hüquqi prosedurların tamamlandığını təsdiqləyib.
Carkhandın Terrorla Mübarizə Bölməsi (TMB) İnterpol vasitəsilə tutarlı sübutlar təqdim edib və bu, Azərbaycan məhkəməsinə Mayankı təhlükəli cinayətkar elan etməyə və onun ekstradisiyasını təsdiqləməyə imkan verib.
Carkhand TMB-nin nümayəndələrindən ibarət komanda qısa zamanda Mayankı aparmaq üçün Azərbaycana gələcək.
Bu işdə Hindistan və Azərbaycan arasında ekstradisiya müqaviləsi həlledici rol oynayıb. Polis rəsmiləri bunu xaricdən fəaliyyət göstərən cinayətkarlarla mübarizədə böyük irəliləyiş kimi qiymətləndirirlər. Onlar düçünürlər ki, Mayankın qaytarılması təkcə Carkhand polisinə kömək etməyəcək, həm də mütəşəkkil cinayətkarlıq şəbəkələrini parçalamaqda digər ştatlara yardımçı olacaq.
Mayank xaricdə həbs edilən və ekstradisiya ilə üzləşən ilk carkhandlı cinayətkar olub. O, sosial mediada dəbdəbəli həyat tərzini və müasir silahlarını nümayiş etdirməklə şöhrət qazanıb. Carkhand polisinin uzun səylərindən sonra o, keçən il Bakıda həbs edilib.