"Ayaks" 7 futbolçunu birdən göndərdi

Niderland nəhəngi "Ayaks" yeddi futbolçusu ilə vidalaşıb.

Niderland nəhəngi "Ayaks" yeddi futbolçusu ilə vidalaşıb.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, klubun texniki direktoru Aleks Kruz sözügedən oyunçuların artıq klubla məşqlərə çıxmayacaqlarını bildirib.

Bunlar isə qapıçı Cey Qorter, mərkəz yarımmüdafiəçiləri Branko van den Bomen, Kristian Hlinsson, hücumçular Kristian Rasmussen, Çuba Akpom və sol cinah vingerləri Borna Sosa ilə Karluş Forbşdur.

Bildirilir ki, "Ayaks" həmin futbolçuların hamısını satışa çıxaracaq.