Ayaqlarını pəncərədən çıxaran sürücü və sərnişin həbs edildilər - VİDEO

Şamaxıda sərxoş vəziyyətdə ayağını çölə çıxararaq avtomobil idarə edən şəxs məsuliyyətə cəlb edilib.

Ayaqlarını pəncərədən çıxaran sürücü və sərnişin həbs edildilər - VİDEO
Şamaxıda sərxoş vəziyyətdə ayağını çölə çıxararaq avtomobil idarə edən şəxs məsuliyyətə cəlb edilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Mədrəsə qəsəbəsində hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücü və sərnişininin ayaqlarını çölə çıxararaq cəmiyyətə açıq hörmətsizlik etməsi ilə bağlı görüntülər yayılıb. Digər hərəkət iştirakçıları üçün təhlükə yaradan maşındakı şəxslərin hərəkəti qəsəbə sakinlərinin də narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, ictimai qaydanı pozan şəxslər saxlanılıblar: