Ayaz Quliyev "Sabah"da!

Ayaz Quliyevin "Sabah" klubuna keçidi rəsmiləşib.

Ayaz Quliyev
Ayaz Quliyevin "Sabah" klubuna keçidi rəsmiləşib.

meqale.com klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu Rusiyanın "Ximki" klubundan transfer edilib.

Ayaz Quliyevlə 3 illik müqavilə imzalanıb. O, "Sabah"da 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Moskva "Spartak"ının yetirməsi olan Quliyev karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın "Anji" (2017-2018), "Rostov" (2018), "Arsenal" (Tula, 2021/22) və "Ximki" (2022-2023) komandalarında çıxış edib. Rusiyanın aşağı yaş qruplarından ibarət millilərinin üzvü olub.