Aygün Kazımovadan Röya ilə bağlı paylaşım - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Crocus City Hall" ticarət mərkəzində terror aktı törədilib.
meqale.com axşam.az-a istinadən bildirir ki, Xalq artisti Aygün Kazımova bununla bağlı paylaşım edib. Ölkənin əsas ulduzu hadisədə həlak olanlarla bağlı bunları yazıb:
"Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailəsinə Allahdan səbr, yaralılara tezliklə sağalmalarını diləyirəm. Allah Rusiyada yaşayan, çalışan bütün həmvətənlərimizi qorusun. Dostum Eminə bu çətin anlarda səbr diləyirəm. Yaşadıqlarının nə qədər ağır olduğunu anlayıram. Ümüd edirəm ki, tezliklə günahkarlar öz cəzasını alacaqlar".