Ayı balıqçını parçaladı

Rusiyanın Maqadan vilayətinin Verxniy Seymçan kəndi yaxınlığında ayı balıqçını parçalayıb.

Ayı balıqçını parçaladı
Rusiyanın Maqadan vilayətinin Verxniy Seymçan kəndi yaxınlığında ayı balıqçını parçalayıb.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "Oxotnadzor" bölgə departamentinin rəhbəri Yelena Slobodyanyuk məlumat verib.

"Şəxsin müayinəsi zamanı məhz qonur ayının ona hücum etdiyinə dair əlamətlər aşkarlandı. Əldə etdiyimiz məlumata görə, 41 yaşlı sakin balıq ovundan qayıdarkən maşını xarab olub və o, gecə piyada getmək qərarına gəlib", - deyə Slobodyanyuk bildirib.

Hadisədən sonra araşdırmalara başlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.