Azad edilmiş ərazilərdə minaya düşən şəxslərin sayı açıqlandı
"Minalarla çirklənmiş ərazilər yalnız insanların başlıca hüquqlarına deyil, eləcə də təhlükəsiz ətraf mühitə və təmiz ekoloji şəraitə, sosial-infrastruktur fəaliyyətlərinə təhlükə törədir".
meqale.com xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr" adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 337 nəfər müharibənin partlayıcı qalıqlarının qurbanı olub, 65 nəfər həyatını itirib, 272 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.