Azad olunmuş ərazilərdə neçə seçici var?
1 sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə işğaldan azad olunmuş ərazilər üzrə 42 mindən çox seçici səs verəcək.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, azad edilən ərazilərdə 54 seçi məntəqəsi fəaliyyət göstərəcək: "Onların 34-ü daimi, 20-i müvəqqətidir. Amma müvəqqəti seçki məntəqələrinin sayı artırıla bilər".