Azər Qasımlı həbs olundu - YENİLƏNİB

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı məhkəməyə çıxarılıb.

Azər Qasımlı həbs olundu - YENİLƏNİB
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı məhkəməyə çıxarılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror təqsirləndirilən şəxsin istintaq müddətində həbsdə qalmasını istəyib.

Yasamal Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. 

Qərara əsasən A.Qasımlımın istintaqdan yayınma, yer dəyişdirmə ehtimalı nəzərə alınaraq, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A.Qasımlı zor tətbiq etməklə hədə-qorxu gəlməkdə ittiham olunur.

---------------

2024.12.08

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.

meqale.com xəbər verir ki o, 182.2.3 (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) təqsirli bilinir.

Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. /APA

---------

12:52

Barəsində olan müraciətlə əlaqədar Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.