Ərdoğan onu "COP31" sədri təyin etdi - FOTO

Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMTİDK) Tərəfləri Konfransının 31-ci Sessiyasının (COP31) sədri təyin edilib.

Ərdoğan onu

meqale.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 31-ci Sessiyası (COP31)" ilə bağlı 2025/20 saylı Prezident Təlimatı Rəsmi Qəzetdə dərc edilib.

Bu sərəncamla nazir Kurum 2026-cı ildə Türkiyənin sədrliyi ilə keçiriləcək Tərəflərin Kioto Protokolu Görüşünün (CMP21) 21-ci Sessiyası olan COP31 və Tərəflərin Paris Sazişi Görüşünün (CMA8) 8-ci Sessiyasının sədri təyin edilib.

Nazirliyin açıqlamasına görə, sərəncamla uyğun olaraq, konfransın hazırlanması, təşkili və icrası prosesləri Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin koordinasiyası altında həyata keçiriləcək. 

Qeyd edək ki, COP31 2026-cı il noyabrın 9-dan 20-dək Antalyada keçiriləcək.