Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edəcək - FOTO

Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının iclası keçirilib.

Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edəcək - FOTO
Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən meqale.com-a bildirilib ki, iclasda 20 dövlətin parlament nümayəndə heyətləri iştirak ediblər.

Tədbirdə Azərbaycan APA-nın 2024-2025-ci illər üzrə sədri seçilib.