Azərbaycan banklarının ümumi aktivlərin həcminə görə renkinqi
2023-cü ilin yekunlarına görə, Azərbaycan bankları arasında ümumi aktivlərin həcminə görə Azərbaycan Beynəlxalq Bankı (ABB) birinci yer tutub.
Trend xəbər verir ki, bankın maliyyə hesabatına görə, hesabat dövründə bankın ümumi aktivlərin həcmi 13,668 milyard manat olub.
Renkinqdə ikinci yeri 8,659 milyard manat dəyərində ümumi aktivlərlə Kapital Bank tutub.
Üçüncü yerdə 8,651 milyard manat dəyərində ümumi aktivlərlə PASHA Bank, dördüncü yerdə 3,082 milyard manatla Xalq Bank dayanıb. Beşinci yeri isə aktivlərinin ümumi həcmi 2,13 milyard manat olan Bank Respublika tutub.
İlk üç bankın aktivlərinin ümumi həcmi 30,979 milyard manat olmaqla siyahıdakı ilk 10 bankın aktivlərinin ümumi həcminin (42,876 milyard manat) 72,25 faizini, Azərbaycanın bütün banklarının aktivlərinin ümumi həcminin (49,178 milyard manat) isə 62,99 faizini təşkil edib.
Azərbaycan banklarının ümumi aktivlərin həcminə görə renkinqi aşağıdakı kimidir: