Azərbaycan birinciliyində 130 gimnast

Tərtər Olimpiya Kompleksində keçiriləcək bədii gimnastika üzrə 29-cu Azərbaycan birinciliyinə 130 idmançı qatılacaq.

Azərbaycan birinciliyində 130 gimnast
Tərtər Olimpiya Kompleksində keçiriləcək bədii gimnastika üzrə 29-cu Azərbaycan birinciliyinə 130 idmançı qatılacaq.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, iyunun 28-29-da baş tutacaq yarışın iştirakçı sayını Azərbaycan Gimnastika Federasiyası açıqlayıb.

Birincilikdə Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, Gəncə, "Ocaq Sport", "Qratsiya" klublarının, "Kür" Mərkəzinin, Şağan və Şirvan Olimpiya Komplekslərinin, "Zirə" mədəniyyət mərkəzinin və Şəmkir Gənclər Evinin gimnastları iştirak edəcəklər.