Azərbaycan çempionatında azarkeşlər hakimləri döyməyə cəhd edib
Azərbaycan çempionatının Həvəskar Liqasında qalmaqal baş verib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, hadisə AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən "Ərkivan" (Masallı) - "Şirvan" oyununda baş verib.
Matçın 2-ci hissəsinin əlavə vaxtında "Ərkivan"ın azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər. AFFA yaşananları müzakirə edərək hadisəyə hüquqi qiymət verib.