Azərbaycan çempionatında daha bir baş məşqçi ayrılığı - FOTO
Futbol üzrə Azərbaycan çempionatının I Liqasında yarışan MOİK-in baş məşqçisi Qəzənfər Abbasov istefa verib.
meqale.com xəbər verir ki, bu barədə məşqçi özü sosial media hesabında məlumt yayıb.
"Bu gün MOİK-lə yollarımı ayırmaq qərarına gəldim. Hər zaman bu klubun adını qaldırmaq, uğur qazanmaq üçün əlimdən gələnin ən yaxşısını etdiyimə inanıram", - deyə Q.Abbasov qeyd edib.