Azərbaycan çempionatlarında 100-ə çatan ilk yunan
"Zirə"nin futbolçusu Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, 29 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXV turuna təsadüf edib.
Yunanıstanlı futbolçu "Turan Tovuz"la ev görüşündə (1:1) 90 dəqiqə meydanda olub. O, "Zirə"nin heyətində çıxdığı 100 Premyer Liqa qarşılaşmasında 6 qol vurub.