Azərbaycan-Çin iqtisadi əlaqələrində yeni mərhələ - VİDEO

Azərbaycan-Çin dövlətlərarası iqtisadi əlaqələri genişlənir.

Azərbaycan-Çin iqtisadi əlaqələrində yeni mərhələ - VİDEO
Azərbaycan-Çin dövlətlərarası iqtisadi əlaqələri genişlənir.

meqale.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O bildirib ki, ticari münasibətlərimizə nəzər salsaq, Çinin Azərbaycana idxalında mövqeyi birincidir.

"Bu ilin yanvarından noyabrına qədər olan idxal statistikasına nəzər salsaq, 17,6% payı var. Ümumi ticarət dövriyəmizdə isə Çin 5,9% payla dördüncü yerdədir. Bununla da Türkiyə və Rusiyanı idxalda üstələyib.

Çin şirkətləri Azərbaycanın enerji sektoruna investisiyalar yatırıb. Oradan ölkəmizə investisiya cəlbinin böyük potensialı var. Burada Azərbaycan və Çin iş adamlarının birgə əməkdaşlığı çox önəmlidir.

Bundan başqa, Çinlə Orta Dəhliz məsələsində maraqlarımız üst-üstə düşür", - deyə o qeyd edib.