Azərbaycan futbolunda tarixi ay
Azərbaycanda futbol ayı start götürür.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu gün başlayan aprel zənginlik baxımından futbol tarixinə düşəcək.
Aprel ayının hər günündə rəsmi oyun keçiriləcək. Bu da ölkə futbolu tarixində mütləq rekorddur.
Aprelin 12 günündə Azərbaycan Premyer Liqasının, 13 günündə Əvəzedicilər liqasının matçı baş tutacaq. Kubok görüşlər isə üç fərqli gündə olacaq. I Liqa oyunları 9, II Liqa matçları 12 günü əhatə edəcək.
Ayın 13 günündə yalnız bir turnirin qarşılaşmaları baş tutacaq. 15 gündə iki yarışda oyunlar keçiriləcək.
Aprelin 3-də və 29-da üç fərqli turnirin görüşləri təşkil olunacaq.
Hər gün PFL-in bayrağı altında keçirilən ən azı bir matçın baş tutmasına martın 28-dən start verilib. Martın son 4 günündə olduğu kimi aprel də futbolsuz olmayacaq. Bununla da oyunların keçirilməsi seriyası 34 günə çatacaq.
Seriya mayın ilk günlərinə planlaşdırılan I liqa oyunları ilə uzana da bilər.