Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
------
20:20
Azərbaycanın sərbəst güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
meqale.com report.az-a istinadən xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bu dəfə Osman Nurmaqomedov bunu reallaşdırıb.
86 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı pəhləvan Avropa çempionu olan ukraynalı Vasili Mixaylonu yarımfinalda 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) da olimpiadaya lisenziya qazanıblar.
------
19:12
Hacı Əliyev Paris-2024-ə lisenziya qazanıb
meqale.com İdman.biz-ə istinadən xəbər verir ki, üçqat dünya çempionumuz bu uğura Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində imza atıb.
Doğma divarlar arasında öncə Həmzət Arsamerzoyevə (Fransa) 5:2, ardınca Niurqun Skriabinə (AİN) hesabı ilə qalib gələn idmançımız yarımfinalda İslam Dudayevlə (Albaniya) güləşib. 65 kq çəkidə çıxış edən Əliyev həlledici qarşılaşmanı da aktivinə yazıb. O, 0:3 hesabı ilə geridə olsa da, rəqibini 6:3 hesabı ilə məğlub edib. Bu qələbə Hacıya olimpiya lisenziyası qazandırıb.
Ondan öncə eyni uğura Əliabbas Rzazadə (57 kq) də imza atıb.
Qeyd edək ki, bu gün daha üç güləşçimiz lisenziya uğrunda həlledici görüşə çıxacaq.