Azərbaycan güləşçisi gümüş medal qazandı
Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
meqale.com report-a istinadən xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Dauren Kuruqluyevə (Yunanıstan) məğlub olub.
Bu, Azərbaycan millisinin yarışdakı ilk gümüş medalı olub.