Messi "İnter Mayami"də debüt oyununda qələbə qolunu vurub - VİDEO

Amerikanın "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi klubdakı ilk oyununda qol vurub.

Messi
Amerikanın "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi klubdakı ilk oyununda qol vurub.

meqale.com Trend-ə istinadən bildirir ki, Messi "Leagues Cup" turnirinin qrup mərhələsində "Krus Asul"a qarşı matçda 90+4-cü dəqiqədə cərimə zərbəsindən fərqlənib.

Argentinalının bu qolu "İnter Mayami"yə qələbə qazandırıb. Oyun 2:1 hesabı ilə ABŞ klubunun xeyrinə başa çatıb.

Qeyd edək ki, Messi bu yay Fransanın PSJ klubundan "İnter Mayami"yə keçib.