Azərbaycan ilə Ermənistan arasındakı razılaşmaya Britaniyadan reaksiya - VIDEO

Britaniya Bakı ilə Yerevan arasındakı razılığı dəstəkləyib.

Azərbaycan ilə Ermənistan arasındakı razılaşmaya Britaniyadan reaksiya - VIDEO
Britaniya Bakı ilə Yerevan arasındakı razılığı dəstəkləyib.

meqale.com xəbər verir ki, Azərbaycan ilə Ermənistan arasındakı razılaşma "tarixi anlaşma" kimi qələmə verilib.

Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edib

Britaniya parlamentində Bakı ilə Yerevan arasındakı anlaşma müzakirə olunub və 7 dekabr razılaşması tarixi qərar kimi dəyərləndirilib. Bu razılaşmaya dəstəyini ifadə edən şəxslər İcmalar Palatasının nümayəndəsi Deyvid Dekid və Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti olub. Onlar bu razılaşmanın əldə olunmasında Britaniyanın da rolunun olduğunu bildiriblər.

"Bakı ilə Yerevanın tarixi və qalıcı barışıq cəhdlərini tam olaraq dəstəkləyirik", - qeyd olunub.