Azərbaycan kakao məhsullarının ixracından gəlirlərini 37 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 24,893 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

Azərbaycan kakao məhsullarının ixracından gəlirlərini 37 % artırıb

Meqale.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,2 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 2,172 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 36,9 % çoxdur.

2 ayda kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,6 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.